"Qarabağ"ın rəqibi yeni transferinə ehtiyac duymadı - FOTO

12:30 - 7 Sentyabr 2022

Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqibi olan "Olimpiakos" futbolçusunu icarəyə verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pirey təmsilçisi Filip Zinkernageli Belçikaya göndərib.

27 yaşlı yarımmüdafiəçi "Standard" (Liej) klubuna keçib.

Danimarkalı futbolçu mövsüm sonuna qədər kimi Belçikada oynayacaq.

"Qarabağ"ın rəqibi Filipi yay İngiltərənin "Uotford" klubundan 2 milyon avroya transfer etmişdi.



 

Xəbər xətti