"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının qrup mərhələsinin "Sevilya" ilə matçında (4:0) dubl edərək, "şəhərlilər"in klub rekorduna imza atıb.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, 22 yaşlı norveçli futbolçu “Mançester siti”nin heyətində meydana çıxdığı həm ilk avrokubok, həm də Premyer Liqa matçında qol vura bilib.
Beləliklə, o, "Mançester Siti" tarixində həm Premyer Liqa, həm də Çempionlar Liqasında debütündə debütdəcə qol vuran ilk futbolçu olub.
