"Çelsi" Tomas Tuxellə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada "Dinamo"ya 0:1 məğlub olub.
Məhz bundan sonra Tuxelin "Çelsi"dən göndərilməsi baş tutub.
Almaniyalı mütəxəssis 2021-ci ildən "zadəganlar"ı çalışdırırdı.
