Premyer Liqanın V turunun "Turan Tovuz"la (0:1) görüşündə zədələnən "Şamaxı"nın forvardı Amil Yunanovun zədəsi ciddidi.
Sportal.az xəbər verir ki, matçın 19-cu dəqiqəsində zədələndiyinə görə komanda yoldaşı ilə əvəzlənən Yunanovun uzun müddət komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.
Yaxın günlərdə forvardın əməliyyata ehtiyacı olub-olmayacağı dəqiqləşəcək.
