"Dinamo"nun baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi"ni məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli məşqçi London klubu üzərində qazanılan qələbəni şərh edib:
"Tarixi qələbə qazandıq. Hər halda nəhəng "Çelsi"ni məğlubiyyətə uğratdıq. Futbolçularımı təbrik edirəm. Oyunboyu diqqətli oldular. Bu oyunda zəif nöqtəmiz olmadı".
Zaqreb klubunun forvardı Mahir Emreli "Çelsi" ilə görüşdə ehtiyatda qalıb.
