"Real"ın xorvatiyalısı rekorda imza atdı

14:16 - 7 Sentyabr 2022

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Seltik"lə qarşılaşmada (3:0) qol vuran "Real"ın yarımmüdafiəçisi Luka Modriç klub rekorduna imza atıb.

Sportal.az "Opta"ya istinadən xəbər verir ki, 36 yaş 362 günlük olan xorvatiyalı "kral klubu"nun heyətində Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu ünvanına sahib çıxıb.

Xorvatiyalı 2012-ci ildə "Tottenhem"dən "Real"a keçmişdi.

 

Xəbər xətti