Ze Luis Türkiyə klubu ilə müqavilə imzaladı

18:28 - 7 Sentyabr 2022

Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Tauvoun" klubundan Ze Luisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Hatayspor" kape verdeli hücumçu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Ze Luis karyerası ərzində "Portu", "Spartak", "Lokomotiv" kimi klubarda çıxış edib. 31 yaşlı forvard son mövsümün ikinci yarısını "Əl-Tauvoun"da keçirib. O, komandanın heyətində meydana çıxdığı 8 matçda 1 qol vurub.

Xəbər xətti