Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Olborq"un müdafiəçisi Matias Rossu transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
21 yaşlı mərkəz müdafiəçisinin bu gecə İstanbulda olacağı bildirilir. "Cim bom" danimarkalı futbolçu üçün qarşı tərəfə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Matias Ross"Olborq"un yetirməsidir. O, 2018-ci ildən Super Liqa təmsilçisinin əsas komandasında çıxış edir. Gənc müdafiəçi meydana çıxdığı 104 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
