Millimizə yeni idmançı cəlb olundu

18:59 - 7 Sentyabr 2022

Azərbaycanın kişilərdən ibarət milli yığmasına yeni idmançı cəlb olunub.

 

Sportal.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan, 23 yaşlı idmançı Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

 

O, 10-11 sentyabr 2022-ci ildə İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində ölkəmizi ilk dəfə təmsil edəcək.

 

Camal Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

 

Qeyd edək ki, idmançı 3 ilə yaxın müddətdir ki, Rusiya milli yığmasının tərkibində beynəlxalq yarışlarda iştirak etmirdi.

Xəbər xətti