İran milli komandasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, yığmanı Karluş Keyruş çalışdıracaq. Bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 69 yaşlı portuqaliyalı 2020-ci ilin fevralından milliyə rəhbərlik edən Draqan Skoçiçi əvəzləyib.
Keyruş ikinci dəfə İran milli komandasını çalışdıracaq. O, daha əvvəl 2011-ci ilin aprelindən 2019-cu ilin yanvarınadək bu yığmada çalışıb.
Qeyd edək ki, İran millisi DÇ-2022-də ABŞ, İngiltərə və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.
saytlarin hazirlanmasi
