Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara qartallar" "Sauthempton"dan Natan Redmondu transfer edib. İngilis vinger artıq İstanbuldadır.
"Beşiktaş" 28 yaşlı futbolçunu 2022/2023 mövsümünün sonuna kimi icarəyə götürüb. Təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.
Natan Redmond "Sauthempton"a 2016-cı ilin yayında "Norviç Siti"dən transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 232 matçda 30 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
