Mauro İkardi rəsmən "Qalatasaray"da

22:44 - 7 Sentyabr 2022

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" PSJ-dən Mauro İkardini heyətinə qatıb. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Argentinalı forvard artıq İstanbuldadır. 29 yaşlı hücumçu 2022/2023-cü il mövsümünü icarə əsasında "Qalatasaray"da keçirəcək. Müqavilədə satınalma bəndi yoxdur.

 

Qeyd edək ki, PSJ Mauro İkardini 2019-cu ilin yayında "İmter"dən transfer edib. Təcrübəli qolçu Paris təmsilçisinin heyətində meydana çıxdığı 92 matçda 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti