"Barselona" Milarem Pyaniçlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, artıq bosniya və herseqovinalı yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi də məlumdur.
32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində oynayacaq. Təcrübəli oyunçu "Əl Şarjah" klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Miralem Pyaniç "Barselona"ya 2020-ci ilin yayında "Yuventus"dan transfer olunub. Yarımmüdafiəçi son mövsümü icarə əsasında "Beşiktaş"da keçirib.
saytlarin hazirlanmasi
