Adı "Qarabağ"la hallanan futbolçu "Qalatasaray"da

10:12 - 8 Sentyabr 2022

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Rapid"dən Yusuf Dəmiri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

19 yaşlı vinger artıq İstanbuldadır. Bu gün onunla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Qarabağ"ın Yusuf Dəmiri icarə götürmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Xəbər xətti