"Qalatasaray" daha iki futbolçunu İstanbula gətirdi

12:50 - 8 Sentyabr 2022

Qarşısına çempionluq hədəfi qoyan "Qalatasaray" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmıılar" danışıqlar apardığı daha iki futbolçunu İstanbula gətirib.

 

Onlardan biri "Mançester Yunayted"dən ayrılan Xuan Matadır. İspaniya millisinin keçmiş üvü ilə 1 illik müqavilə imzalanacaq.

 

Digəri isə "Norviç Siti"nin futbolçusu Milot Raşiçadır. 26 yaşlı kosovolu vinger 2022/2023 mövsümünü icarə əsasında Türkiyə klubunun heyətində keçirəcək.

 

Qeyd edək ki, "Qalatasaray" dünən Mauro İkardi,Yusuf Demir və Matias Ross Yenseni də müqavilə imzalamaq üçün İstanbula gətirib.

Xəbər xətti