"Frayburq"un baş məşqçisi Kristian Ştrayx Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la oyunundan öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqası pley-off mərhələsinin "Viktoriya" ilə matçı haqda danışıb. O, Çexiya klubunun haqsız şəkildə ÇL-in qrup mərhələsinə vəsiqə qazandığını deyib:
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya qarşı keçirdiyi son oyunu izləmişəm. Çexiyalılar iki hücum etdi və haqsız şəkildə 2:1 hesablı qələbə qazandı. Son oyun olmasaydı, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəkdi".
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da "Europe Park" stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi