Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" Belçika çempionatında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun rəqibi "Kortreyk"lə üz-üzə gəlib.
Matç "Gent"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Huqo Kuypersin dublu komandaya qələbə qazandırıb.
"Gent" 20 turdan sonra 34 xalla 5-ci pillədədir.
