"Səbail" Antalyada son matçına çıxacaq

10:50 - 16 Yanvar 2023

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün Antalyada son yoxlama matçını keçirəcək.

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Spartak Subotiça" klubu ilə üz-üzə gələcək.


Xatırladaq ki, paytaxt təmsilçisi Türkiyə toplanışında "Legiya"(2:2) və "Bohemians"la (0:0) bərabərə qalmışdı.

15:00 "Səbail" - "Spartak Subotiça"

Xəbər xətti