"Turan Tovuz" qazaxlarla oynayacaq

11:08 - 16 Yanvar 2023

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un hazırlıq planında dəyişiklik olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi yanvarın 17-də Polşanın "Qurnik" klubu ilə deyil, Qazaxıstanın "Jetisu" klubu ilə üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bundan əvvəl "Petrolul" (2:3) və "Aarau" (1:0) ilə qarşılaşmışdı.

Xəbər xətti