"Qalatasaray" forvardını bu kluba göndərdi

11:47 - 16 Yanvar 2023

"Qalatasaray"ın "Girəsunspor"a icarəyə verdiyi Oğulcan Çağlayan geri qayıdıb. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi forvardı komandada saxlamayıb.

O, "Pendikspor"a icarəyə verilib. Oğulcan mövsümün sonuna qədər adıçəkilən klubda oynayacaq.

Çağlayan karyerası ərzində “Qaziantepspor”, “Kayseri Ərciyəsspor”, “Kayserispor”, “Rizəspor”, “Qaziantep” və “Eyüpspor”da da forma geyinib.

Xəbər xətti