İspaniya mətbuatı: Xeseyə Azərbaycandan iki təklif var

12:39 - 16 Yanvar 2023

İspaniyalı vinger Xese Rodriqez karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, İspaniyanın "Relevo" nəşri "Ankaragücü" ilə yollarını ayıran hücumçuya Azərbaycandan iki təklifin olduğu barədə məlumat yayıb. 

Ancaq Xeseyə hansı klubların maraq göstərməsi barədə məlumat verilməyib. İspaniyalı yarımmüdafiəçi üçün digər variant isə "Sidney" klubudur. Xese başqa təkliflər gözləyərək, gələcək bütün təkliflərdən sonra seçim etməyi planlaşdırır.

Xatırladaq ki, ispaniyalı daha əvvəl “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Stok Siti”, “Sportinq” klublarında çıxış edib.

Xəbər xətti