İtaliya millisinin üzvü "Yuventus" və "Milan" arasında seçim edəcək

12:59 - 16 Yanvar 2023

“Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolo klubunu dəyişə bilər.

Sportal.az “Get Italian Football News”a istinadən xəbər verir ki, “Yuventus” və “Milan” 23 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı “canavarlar”a müraciət edib.

“Roma" tərəfi yarımmüdafiəçisini 30 milyon avroya satmağa hazır olduğu bildirilib. İngiltərə klublarının da maraq dairəsində olan Nikola İtaliyada qalmaq istəyir.

Xəbər xətti