Afrikada ilin rəmzi komandası açıqlandı

13:18 - 16 Yanvar 2023

Afrikada 2022-ci ilin rəmzi komandasının heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) qitənin ən yaxşılarını həmin heyətə daxil edib.

Simvolik heyətə aşağıdakı futbolçular daxil edilib.

Qapıçı: Yassin Buno (Mərakeş);

Müdafiəçilər: Əşrəf Hakimi, Romain Saiss (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Ali Malul (Tunis);

Yarımmüdafiəçi: Sofyan Amrabat, Azzedin Unahi (hər ikisi Mərakeş), Məhəmməd Kudus (Qana)

Hücumçular: Məhəmməd Salah (Misir), Vensan Abubakar (Kamerun), Sadio Mane (Seneqal)

Xəbər xətti