Kriştiano Ronaldonu transfer edən "Əl-Nəssr" klubu heyətini daha bir tanınmış futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi PSJ-nin qapıçısı Keylor Navasla maraqlanır. Bu barədə "Marca" nəşri məlumat yayıb. Transferin bu həftə tamamlanması gözlənilir.
Qeyd edək ki, Keylor Navas PSJ-yə 2019-cu ilin yayında "Real"dan keçib. 36 yaşlı "əlcək sahibi" cari mövsümdə Paris təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.
