"Trabzonspor"un futbolçusu "Adana Demirspor"da

21:22 - 16 Yanvar 2023

Türkiyənin "Adana Demirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Trabzonspor"dan Yusuf Erdoğanı transfer edib. Bu barədə adanalıların mətbuat xidməti məlumat yayıb. 30 yaşlı sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yusuf Erdoğan "Trabzonspor"a 2019-cu ilin yayında "Kasımpaşa"dan transfer olunmuşdu. Türk futbolçu cari mövsümdə Qara Dəniz təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti