Portuqaliyalı məşqçi Premyer Liqaya qayıda bilər

22:09 - 16 Yanvar 2023

“Vulverhempton”un keçmiş baş məşqçisi Nuno Eşpiritu Santo “Vest Hem”i çalışdıra bilər.

Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi Devid Moyesin işindən narazı olduğu üçün onu istefaya göndərməyi planlaşdırır. 

Portuqaliyalı mütəxəssis hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdırır. 

​48 yaşlı məşqçi "Rio Ave", "Valensiya", "Porto", "Tottenhem"də də işləyib.

 

Xəbər xətti