Millimizin üzvü qol vurdu, komandası qazandı

10:08 - 17 Yanvar 2023

Almaniya üçüncü Bundesliqasında 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" "İnqolştadt"ın qonağı olub.

Matç 2:1 hesabı ilə Nazarovun komandasının xeyrinə başa çatıb.

Start heyətində meydana çıxan millimizin üzvü 76-cı dəqiqədə əvəzlənib.

Nazarov 67-ci dəqiqədə penaltidən fərqlənib.

Aue klubu hazırda 17 xalla 17-ci pillədədir.

Xəbər xətti