Kökçü meydana sonradan daxil oldu, "Eyndhoven" üç xala sevindi

10:40 - 17 Yanvar 2023

Niderland aşağı liqasında 20-ci turun oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Den Boş"la üz-üzə gəlib. Qarşılaşma Kökçünün komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin üzvü 77-ci dəqiqədə meydana çıxıb.

"Eyndhoven" 20 turdan sonra 36 xalla 3-cü pillədədir. 

Xəbər xətti