"Qarabağ"ın rəqibi Ovusunu "Oser"ə satdı

11:47 - 17 Yanvar 2023

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” aparıcı üzvünü satıb.

Sportal.az xəbər verir ki, Elişa Ovusu Fransaya qayıdıb. 25 yaşlı yarımmüdafiəçi “Oser”lə anlaşıb.

Qana millisinin üzvü “Lion” yetirməsidir və 2019-cu ildən “Gent”də oynayırdı. Belçika klubu Ovusuya görə 2,5 milyon avro əldə edib.

Xatırladaq ki, "Qarabağ"ın "Gent"lə oyunu fevralın 16-da Bakıda, bir həftə sonra isə Belçikada keçiriləcək.

Xəbər xətti