“Roma” Paulo Dibalanı buraxmaq istəmir.
Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, paytaxt klubu argentinalıya uzunmüddətli müqavilə təklif edib, həmçinin maaşını artırmaq niyyətindədir.
“Canavarlar” argentinalıya illik 6 milyon avro maaş təklif edəcək.
Dibalanın hazırda “Roma”dakı illik maaşı 4,2 milyon avrodur.
Onun hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
