"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq

14:35 - 17 Yanvar 2023

"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyevin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında zədələnməsi barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, məşqin gedişində zədələnən qolkiperin qolu sınıb. Təcrübəli qolkiper iki aya qədər meydana çıxa bilməyəcək. Onun yaxın günlərdə əməliyyat ediləcəyi gözlənilir.

Məhəmmədəliyev “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə görüşlərini, həmçinin Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (24 mart) və İsveçə (27 mart) qarşı oyunlarını buraxa bilər.

 

Xəbər xətti