"Qarabağ"ın rəqibi "Zalsburq"un oyunçusu ilə anlaşdı

15:17 - 17 Yanvar 2023

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" heyətini gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalılar "Zaslburq"da oynayan Kamil Piontkovskini heyətinə qatıb.

O, mövsümün sonuna qədər icarəyə götürülüb. 

"Qarabağ"ın “Gent”ə qarşı oyunları fevralın 16-ı və 23-də keçiriləcək.

22 yaşlı polşalı bundan əvvəl "Zaqlembe", "Rakuv" klublarında oynayıb.

 

Xəbər xətti