Ukraynalı futbolçu La Liqa klubunda

16:58 - 17 Yanvar 2023

İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Dinamo"nun yarımmüdafiəçisi Viktor Çiqankovu transfer edib. Bu barədə klubun mətbuat xisməti məlumat yayıb. 25 yaşlı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

"Jirona" Ukrayna millisinin üzvü üçün Kiyev klubuna 5 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Viktor Çiqankov "Dinamo"nun yetirməsidir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 23 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Resim

Xəbər xətti