Salah PSJ-yə keçə bilər: Klub rəhbəri ilə görüşdü

17:15 - 17 Yanvar 2023

"Liverpul"un futbolçusu Məhəmməd Salah komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, misirli hücumçunun PSJ-yə keçmək ehtimalı var. 30 yaşlı futbolçu bir neçə gün öncə Paris klubunun sahibi Nasser Əl Kelaifi ilə görüşüb. Bu görüş misirli ulduzun PSJ-yə keçmək ehtimalını gücləndirib.

 

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Onun Mersisayd təmsisayd təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. Salah cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 27 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Resim

Xəbər xətti