Azərbaycan milli komandasının forvardı Mahir Emrelinin çıxış etdiyi “Dinamo” qış təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın “Bravo” klubu ilə üz-üzə gəlib. Matç “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Emreli 58-ci dəqiqədə əvəzlənib.
Bu matçla “Dinamo" təlim-məşq toplanışını başa vuraraq şənbə günü keçiriləcək çempionat oyununa hazırlaşacaq.
