"Şamaxı" Antalyadakı hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, onlar Serbiyanın "Napredak" klubu ilə qarşılaşacaq. Matça Bakı vaxtı ilə saat 16:00-start veriləcək.
"Şamaxı" "Kaysar"la 0:0 bərabərə qalmışdı. "Botaşani" (0:1) ilə görüş isə 67-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılmışdı.
