"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etməkdə maraqlıdır.
Sportal.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsi yayda başa çatdığından o, yeni klubuna azad agent status ilə keçə bilər.
Daha əvvəl isə “Yuventus”un İlkay üçün hərəkətə keçdiyi iddia olunurdu.
Amma Almaniya millisinin üzvünün "Barsa"ya keçmək istədiyi bildirilir.
O, 2016-cı ildən "Mançester Siti"də çıxış edir.
