"Qarabağ" "Latsio" və "Borussiya"nı qabaqladı

11:59 - 18 Yanvar 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci il üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, 502 klubun yer aldığı siyahıda üç Azərbaycan klubu da var. Ən yaxşı göstərici 78-ci yerdə olan "Qarabağ"a aiddir. Ağdam təmsilçisi Avstriyanın “Zalsburq”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Latsio” və Şotlandiyanın “Seltik” klublarını qabaqlayıb.

“Neftçi” 385-ci yerdən 290-cı yerə yüksələrək böyük sıçrayış etmiş olub. “Zirə” isə 577-ci sıradan 478-ci pilləyə qalxmağı bacarıb.

Braziliyanın Flamenqo klubu ilin sonunda ən yaxşı klub seçilib. İlk üçlükdə Braziliyanın “Palmeyras” və İngiltərənin “Liverpul” klubları yer alıb.

Xəbər xətti