“Mançester Siti” “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı istəyir.
Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, gürcü futbolçu “Napoli”dəki performansı ilə İngiltərənin bir neçə klubunun diqqət mərkəzinə düşüb.
Mançester təmsilçisi isə digər klublardan daha erkən danışıqlara başlamağı planlaşdırır. Neapol klubunun futbolçusunu transfer etmək istəyən klub 50 milyon funt sterlinqindən keçməli olacaq.
21 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. “Dinamo”(Tbilisi) yetirməsi olan Xviça “Rustavi”, “Lokomotiv”(Moskva), “Rubin”, “Dinamo”(Batumi) klublarında oynayıb.
