Argentinalı komandasına vaxtından əvvəl qayıdacaq

14:02 - 18 Yanvar 2023

Lukas Okampos “Sevilya”ya vaxtından əvvəl qayıdacaq.

Sportal.az xəbər verir ki, o, “Ayaks”da qalmayacaq. 

Argentinalı Amsterdam klubuna mövsümün sonuna qədər icarəyə verilsə də, o, bu qış İspaniyaya dönəcək.

Tərəflərdən hansının bu addımı atdığı dəqiq bilinmir. 28 yaşlı Okampos Erediviziyada “Ayaks”ın heyətində cəmi 4 oyun keçirib.

 

Xəbər xətti