"Trabzonspor" Emrehan Gediklini Avstriyanın "Austriya" (Lustenau) klubuna icarəyə verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı forvard bu mövsümün sonuna kimi Avstriyada legioner həyatı yaşayacaq.
Türkiyə çempionu Emrehan Gediklini ötən mövsüm "Bayer" (Leverkuzen) klubundan 800 min avro qarşılığında transfer etmişdi.
