"Arsenal" Mixail Mudriki heyətinə qata bilmədikdən sonra diqqətini “Çelsi”nin üzvü Rəhim Sterlinqə yönəldib.
Sportal.az “Fichajes.net”ə istinadən xəbər verir ki, “Barselona”dan Rafinyanı transfer etmək istəsə də, 100 milyon avronu ödəmək istəməyən londonlular Sterlinq üçün hərəkətə keçib.
İngilis futbolçu “zadəganlar”ın əsas heyət üzvü hesab edilmir. “Arsenal” qışda Sterlinq transfer etmək istəsə də, bu baş tutmaya bilər.
Ən pis halda məhz yayda yarımmüdafiəçi “Arsenal”ın yolunu tutacaq.
saytlarin hazirlanmasi
