Milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" ciddi itki ilə üz-üzə qalıb.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin aparıcı üzvü Bruno Petkoviç zədələnib. Xorvat hücumçunun uzun müddət yaşıl maydanlardan uzaq qalacağı ehtimal edilir.
"Dinamo" digər aparıcı üzvü Mislav Orşiçi isə bir müddət əvvəl "Sauthempton"a satıb. Belədə, Mahirin əsas heyətdə özünə yer etməsi üçün şansı artacağını gözləmək olar.
