"Beşiktaş"ın rusiyalı üçün təklif etdiyi məbləğ bəlli oldu

16:53 - 18 Yanvar 2023

“Beşiktaş” “Lokomotiv”in yarımmüdafiəçisi Dmitri Barinova illik 1 milyon avro maaş verməyə hazırdır. 

Sportal.az “РБ Спорт”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi rusiyalı futbolçu üçün "Lokomotiv"lə danışıqlara başlayıb.

Türkiyə klubunun rəhbərliyi Barinova görə "dəmiryolçular" üçün 1,5 milyon avro təklif edib.

Amma təklif rusiyalıları razı salmayıb. "Lokomotiv" futbolçusu üçün 4 milyon avrodan artıq pul tələb edib. 26 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “Lokomotiv”də çıxış edir.

Xəbər xətti