"Bavariya" qapıçı transferini bitirdi

19:10 - 18 Yanvar 2023

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Münhenqladbax "Borussiya"sının qapıçısı Yann Sommerin transferini yekunlaşdırıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

"Bavariya" isveçərə qolkiper üçün 8+1,5 milyon avro təzminat ödəyəcək. 34 yaşlı "əlcək sahibi" yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Yann Sommer "Borussiya"ya 2014-cü ilin yayında "Bazel"dən transfer olunub. İsveçrə millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti