La Liqa klubu Vinisiusu transfer etdi

21:45 - 18 Yanvar 2023

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun sol cinah müdafiəçisi Abner Vinisiusu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Betis" 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. İspanlar bu keçid üçün qarşı tərəfə 5 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Abner Vinisius "Atletiko"ya 2019-cu ilin yayında "Ponte Preta"dan transfer olunmuşdu. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti