Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə oynayacaq

10:41 - 19 Yanvar 2023

Azərbaycanın U-19 yığmasının sabiq üzvü Sərhat Taşdemir Türkiyədə oynayacaq.

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Kocaelispor"la anlaşıb. Onunla 2,5 illik müqavilə imzalanıb.

Yığmamızın sabiq üzvü buna qədər İngiltərədə "Bakston", "Oldhem", "Barnet" klublarında oynayıb.

Taşdemir Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb.

Xəbər xətti