"Roma"nı İngiltərə klubuna dəyişəcək

12:27 - 19 Yanvar 2023

“Roma”nın müdafiəçisi Rik Karsdorp İngiltərə Premyer Liqasına yollana bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, niderlandlı müdafiəçi “canavarlar”ın baş məşqçisi Joze Mourinyonun planlarına daxil deyil.

27 yaşlı futbolçunun xidmətində “Sauthempton” maraqlıdır.

Niderland millisinin sabiq üzvü “Roma”dan savayı “Feyenoord” da oynayıb.

 

Xəbər xətti