"Qarabağ"la görüşdəki qələbədə pay sahibi olduğum üçün fəxr edirəm"

12:43 - 19 Yanvar 2023

"Poqon"un qolkiperi Dante Stipiça "Qarabağ"a qarşı Türkiyədə keçirilən yoxlama görüşünü dəyərləndirib.

Sportal.az xəbər verir ki, xorvatiyalı qapıçı klubun rəsmi saytına açıqlamasında Azərbaycan çempionuna 4:2 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb:

"Qarabağ"la oyunda 4 qol vurduq. Toplanışı qələbə ilə başa vurduğumuz üçün şadıq. “Qarabağ”la görüşdəki qələbə pay sahibi olduğum üçün fəxr edirəm. Sevindirici haldır ki, ölkələrinin dəfələrlə çempionu olmuş “Styaua” və “Qarabağ” kimi rəqiblərə qalib gəldik. Amma bunlar sadəcə yoldaşlıq görüşləridir. Polşa çempionatında daha çətin olacaq. Amma bu qələbələr bizə inam verəcək".

 

Xəbər xətti