"Planlaşdırmışdıq ki, karyeramızı "Barselona"da başa vurub, bir il MLS-də oynayaq"

13:17 - 19 Yanvar 2023

“Barselona”nın sabiq forvardı, hazırda “Qremio”da çıxış edən Luis Suarez Lionel Messi ilə birlikdə karyerasını başa vurmaq planlarından danışıb.

Sportal.az xəbər verir ki, “Barca Universal”a danışan uruqvaylı hücumçu bunları deyib:

"Mən və Messi karyeramızı birlikdə bitirəcəyik? Biz bunu 2018-ci ildə düşünmüşdük. Planlaşdırmışdıq ki, karyeramızı “Barselona”da başa vurub, daha sonra bir il MLS-də oynayaq. Amma futbolda hər şey dəyişir”.

35 yaşlı hücumçunun “Qremio” ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatır.

 

Xəbər xətti